Shipton ananın tük ürpərdən proqnozları
Maraqlı 9 Noyabr 2018 22:15 97 dəfə oxunub
Shipton ananın tük ürpərdən proqnozları
İnsanlar susuzluqdan öləcək və daha sonra okeanlar yüksələcək

İngiltərənin ən məşhur qadın kahini olan və “müasir Nostradamus” olaraq adlandırılan Shipton ananın proqnozları bu günə işıq tutur. Avtosfer.az metbuat.az-a istinadən bildirir ki, kral və kraliçaların ölümlərindən, İngiltərənin gələcəyinə, müharibələrdən, əhəmiyyətli tarixi hadisələrə bir çox öncə görməsi gerçək olub. 17-ci əsrin ən böyük fəlakətlərindən biri olan 1666-cı il Londonda vəba yayılmasını və yanğını öncədən görüb. Shipton ananın proqnozları necə gördüyü bilinmir və Kardinal Valseyin ölümündən sonra səssiz və sakit həyat yaşamağa başlayıb.

Shipton ana 1561-ci ildə həyatını itirib. O, ölümünün zamanını və necə olacağını öncədən görüb. Onun proqnozlarına görə, dənizlərin qanlandığı zaman gəldikdə böyük sel ilə qarışdırılacaq. Üç yatmış dağ nəfəs almağa başlayacaq (Vulkanik dağlardan bəhs edir). Zəlzələlər bütün şəhərləri udacaq. İnsanlar susuzluqdan öləcək və daha sonra okeanlar yüksələcək. Qadınlar kişi kimi geyinəcək. Rəsmlər hərəkətlənib, canlı kimi görünməyə başladıqda, balıq kimi gəmilər suyun altında üzdükdə, insanlar quşlar kimi göyləri fəth etdikdə dünyanın yarısı qana boğulacaq və öləcək.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh