İki kişi sərxoş olub yolun ortasında yatdı: yolda böyük tıxac yarandı - FOTO
Gündəm 9 Noyabr 2018 20:43 107 dəfə oxunub
İki kişi sərxoş olub yolun ortasında yatdı: yolda böyük tıxac yarandı - FOTO
Faktla bağlı araşdırma aparılır

Tovuz rayon "Avtovağzal"ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub. Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə "təcili tibbi yardım" briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh