Yük maşınlarına qarşı reyd: artıq yük belə boşaldıldı - VİDEO
Avtoreyd 9 Noyabr 2018 22:48 214 dəfə oxunub
Yük maşınlarına qarşı reyd: artıq yük belə boşaldıldı - VİDEO
166 yükdaşıma xidmətinin maşınları da saxlandı

Son vaxtlar qanunsuz yükdaşıma ilə məşğul olan sürücülərə qarşı tədbirlər daha da gücləndirilib. Dövlət Yol Polisi postlarda həmin sürücüləri saxlayır, müvafiq qaydada sənədlər yoxlanılır. Eyni zamanda yükün miqdarı aidiyyəti qurumlara məxsus tərəzilərdə müayinə edilir. Normadan artıq yük daşıyan sürücülər barəsində inzibati qaydada protokol tərtib olunur, artıq yük boşaldılır.
Bundan başqa xüsusi texniki vasitələrdən istifadə etməklə yükdaşıma qaydalarını pozan sürücülər barəsində elektron qaydada protokol tərtib edə bilir. Belə ki, yükü üstüaçıq şəkildə daşıyan sürücülər kameralar vasitəsilə aşkar olunduqda onlar barəsində də müvafiq cərimə tətbiq olunur. 
DYP-dən Avtosfer.az-a bildirib ki, bu cür tədbirlər həyata keçirilərkən yük maşınları arasında heç bir fərq qoyulmur. "Bəzi yük maşını sürücüləri iddia edirlər ki, guya YPX əməkdaşları 166 yükdaşıma xidmətinin avtomobillərinə heç bir cərimə tətbiq etmir. Lakin videolardan da göründüyü kimi keçirilən tədbirlər zamanı 166 xidmətinin avtomobilləri də saxlanılaraq yükün miqdarı və sürücülərin sənədləri yoxlanılır. Hər hansı nöqsan aşkarlandıqda cərimə tətbiq olunur."

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh