Cəmi 37 ədəd istehsal edilib – VİDEO

Avtoxəbər 9 Fevral 2015 13:41 Oxunub 1623
Cəmi 37 ədəd istehsal edilib – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milyonlara satılan maşın

İllərlə naməlum məkanda paslanan avtomobil, çıxarıldığı hərracda 16 milyon dollara satıldı.  Fransanın paytaxtı Parisdə keçirilən hərraca  1961-ci ildə istehsal olunmuş Ferrari möhür vurub. Avtosfer.az atvxəbər-ə istinədən xəbər verir ki, adinin açıqlanmasını istəməyən bir kolleksiyaçı  retro avtomobilə milyonlarla dollar pul sayıb.

Rojer Bailoya məxsus kolleksiayadan sadəcə bir nümunə olan Ferrari Kaliforniya Spayder avtomobili bir çox xüsusiyyətlərinə görə alıcıların diqqətini çəkib. Belə ki,  bu avtomobildən yer üzündə sadəcə 37 ədəd istehsal olunub. Bundan başqa həmin 37 avtomobildən sadəcə 16 milyon dollar qiymət qoyulan maşın bir çox məşhurların nəqliyyat vasitəsi olub. Vaxtilə bu Ferraridə məşhur dünya ulduzu Alen  Delon, daha sonra Jerar Blen gəzib. Hərracın təşkilatçısı  Saymon Kidston bu avtomobili alan şəxsin kolleksiyaçı  olduğunu, böyük ehtimalla həmin ferrarinin küçələrdə görünməyəcəyini bildirib. Bir müddət əvvəl, Fransada tərk edilmiş bir qarajda  60 retro avtomobilin tapıldığı barədə məlumat vermişdik. İndi  16 milyon dollara satılan Ferrari avtomobili, həmin  60 maşından sadəcə biridir. Həmin qarajda tapılan digər avtomobillər də hərraca çıxarılacaq. Maraqlısı isə odur ki, auksionerlər maşınlar qarajda hansı vəziyyətdə tapılıbsa, o cür də satmaq niyyətindədir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh