3 dəqiqədə təyyarəyə çevrilən ilk avtomobil – FOTO + VİDEO

Avtodünya 10 Noyabr 2018 21:15 Oxunub 1202
3 dəqiqədə təyyarəyə çevrilən ilk avtomobil – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin dizaynı müasir yol nəqliyyat qaydalarına uyğun olaraq dizayn edilib

Çinin “Beynəlxalq Expo” sərgisində asanlıqla təyyarəyə çevrilən ilk uçan avtomobil təqdim olunub. Avtosfer.az big.az-a istinadən məlumat verir ki, bu avtomobil cəmi 3 dəqiqəyə təyyarəyə çevrilir. Elektrik hibridli işləyən avtomobil Slovakiya şirkəti “Aeromobile” tərəfindən hazırlanıb.

Firmanın icraçı direktoru Yuraj Vakulikin sözlərinə görə, avtomobilin dizaynı müasir yol nəqliyyat qaydalarına uyğun olaraq dizayn edilib. “Biz inanırıq ki, tezliklə dünya avtomobil bazarında nəinki avtomobil istehsal etmək, eləcə də, dünyada bütün avtomobilləri idarə etmək imkanımız olacaq. Dünya avtomobil bazarında liderlik edəcəyik” - Vakulik dünya KiV-lərinə müsahibəsində bu sözləri vurğulayıb. Şanxayda keçirilən tədbirdə ABŞ avtomobil istehsalçıları və texnologiya şirkətləri, Avropa dərman şirkətləri və geyim markaları, Afrika çay ixracatçıları və Yaponiyanın elektronika istehsalçılarının məhsulları nümayiş olunub. Onu da qeyd edək ki, son vaxtlar Çin, ABŞ ilə ticarət əlaqələrini inkişaf etdirməyə çalışır. Ölkənin birja bazarlarında səhmlərin qiyməti 25 faiz azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh