Şəki DYP avtovağzalda yoxlayıcı tədbir keçirib

Avtoxəbər 10 Noyabr 2018 19:36 Oxunub 1168
Şəki DYP avtovağzalda yoxlayıcı tədbir keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə xəbərdarlıq olunub

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Nitalıyev Tural Münasibət oğlu, 10.11.2018-ci il tarixdə Şəki Avtovağzalında, avtobus və mikroavtobus sürücüləri ilə, profilaktiki və yoxlayıcı görüş keçirmişdir. Öncə, sürücülərə qanunsuz sərnişin daşımaların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə məlumat verilib. Onlara, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə əməl etmələri, eləcə də qanunvericiliyin digər tələbləri barədə müvafiq izahlar verilib.

“Fərqlənmə nişanı”, “Taksi” tanınma nişanı, taksometri olmadan, texniki cəhətdən nasaz, təhlükəsizlik tələblərinə cavab verməyən, köhnə və istismar müddəti bitmiş avtomobillərlə, habelə sürücüləri əhalinin yaşlı təbəqəsindən olan şəxslərin qanunsuz olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmalarının sonda ağır yol qəzalarının baş verməsinə səbəb olması barədə ətraflı məlumat verilib.

Sürücülərə xəbərdarlıq edilib ki, Daxili İşlər Nazirliyinin “Minik avtomobilləri ilə sərnişin daşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair” və “Avtobuslarla sərnişin daşıma sahəsində təhlükəsizliyin təmin edilməsi barədə” göstərişlərinin icrası ilə əlaqədar olaraq, qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə xidməti ərazidə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəki Regional Şöbəsinin  əməkdaşları ilə birlikdə reydlər keçiriləcəkdir. Reydlər zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıq quraşdırılmış, reysqabağı texniki vəziyyəti yoxlanılmayan, sərnişin daşıma ilə məşğul olmaq üçün “Fərqlənmə nişanı” olmayan, iri və kiçik tutumlu avtobusların, eləcə də, reysqabağı tibbi müayinədən keçməyən və müvafiq kateqoriyası olmayan sürücülər yol hərəkətindən kənarlaşdırılacaqdır. Daha sonra, avtobus sürücülərinin müvafiq kateqoriyasının olub-olmaması, eləcə də reysqabağı tibbi müayinədən keçib-keçməmələri yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Bu cür yoxlamaların və profilaktiki tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh