Avtomobil ustası müştəriyə qarşı fırıldaqçılıq edib - FOTO
Oxucu məktubları 11 Noyabr 2018 10:45 729 dəfə oxunub
Avtomobil ustası müştəriyə qarşı fırıldaqçılıq edib - FOTO
Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır

Abşeronda avtomobil ustası öz müştərisini aldadaraq, ona 4 min manatdan çox maddi ziyan vurub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. Sumqayıt şəhər sakini Ədail Əsgərov bir müddət öncə avtomobilini təmir etdirmək məqsədi ilə Xırdalan şəhərinə gəlib. Avtomobillərə texniki xidmət servisində maşın ustası Elmar Vəliyev ondan bütün ehtiyat hissələri alacağı təqdirdə 4 min manatdan çox pul istəyib. Ə.Əsgərov ustanın təklifi ilə razılaşaraq avtomobilini təmir etdirib. Lakin 15 gün sonra maşının yenidən xarab olduğunu görüb. Avtomobili digər texniki servis xidmətində yoxlatdıran Ə.Əsgərov pul verib aldırdığı ehtiyat hissələrinin heç birinin dəyişdirilmədiyini başa düşüb. Ə.Əsgərov ustadan ona dəymiş 4800 manatlıq zərərin geri qaytarılmasını tələb edib və Abşeron rayon Polis İdarəsinə müraciət edib. Avtomobil ustası E.Vəliyev isə vətəndaşdan həmin məbləği aldığını etiraf edib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh