Qayda pozan evakuator sürücüsü cərimələndi - VİDEO

Avtosfer TV 11 Noyabr 2018 15:19 Oxunub 1806
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yükdaşıma qaydalarını pozmuşdu

Dünən Avtosfer.az saytında evakuatorun yükdaşıma qaydalarını pozması barədə məlumat dərc edilmişdi. Belə ki, 99 JR 282 dövlət nömrə nişanlı evakuator özündən böyük yük avtomobilini daşıyır.

Bu təhlükəli görüntülər Xəzər TV-də yayılmışdı və ekspert Elməddin Muradlı bu məsələ ilə bağlı münasibət bildirərək qeyd etmişdi ki, həmin sürücü yükdaşıma qaydalarını pozub və YPX onu məsuliyyətə cəlb etməlidir. 
Baş Dövlət Yol Polisi İdarəsindən bu gün Avtosfer.az-a verilən məlumata görə, həmin sürücü artıq tapılıb və barəsində inzibati qaydada protokol tərtib olunub.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh