Hərəkəti hansı sürətlə davam etdirə bilər? – YENİ SUAL

Yarışma 9 Fevral 2015 20:01 Oxunub 3393
Hərəkəti hansı sürətlə davam etdirə bilər? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yollarda sürət rejimi ilə bağlıdır. Sual sadə görünsə də, diqqət və təhlil tələb edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Şəkildəki minik avtomobilinin sürücüsü gördüyünüz istiqamətlərdən hər biri üzrə hərəkətini hansı yol verilən maksimal sürətlə davam etdirə bilər? 

A) Hər iki istiqamət üzrə 90 km/saat-dan artıq olmayan sürətlə;

B) “A” istiqaməti üzrə 90 km/saat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 60 km/saat-dan artıq olmayan sürətlə;

C) “A” istiqaməti üzrə 60 km/saat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 km/saat-dan artıq olmayan sürətlə;

Ç) Hər iki istiqamət üzrə 60 km/saat-dan artıq olmayan sürətlə.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

elvin 10 Noyabr 2014 22:55
Salam
Nusret 005 10 Noyabr 2014 22:55
A” istiqaməti üzrə 90 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 60 kmsaat-dan artıq olmayan sürətlə;
Samir 10 Noyabr 2014 22:55
C variantidir
Etibar 10 Noyabr 2014 22:55
men c variyantini secirem
sehriyar 10 Noyabr 2014 22:55
C “A” istiqaməti üzrə 60 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 kmsaat-dan artıq olmayan sürətlə;
rehim 10 Noyabr 2014 22:55
cavab ch varyantidir
Farid 10 Noyabr 2014 22:55
Ç Hər iki istiqamət üzrə 60 kmsaat-dan artıq olmayan sürətlə.
Vusal İmanov 10 Noyabr 2014 22:55
Sekilde 2.3.2 İkinci dərəcəli yolun bitişməsi ve 5.24 yasayis menteqesinin baslanqici nisani verilmisdir.Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi II. Nəqliyyat vasitələri:1 yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə;Demeli cavab C “A” istiqaməti üzrə 60 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 kmsaat-dan artıq olmayan sürətlə;
CESUR 10 Noyabr 2014 22:55
C “A” istiqaməti üzrə 60 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 kmsaat-dan artıq olmayan sürətlə;C “A” istiqaməti üzrə 60 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 kmsaat-dan artıq olmayan sürətlə;
Elçin 10 Noyabr 2014 22:55
Salam. Burada ikinci dərəcəli yolla kəsişmə göstərilib. Nişana əsasən A istiqamətində yaşayış məntəqəsi başlayır, ancaq göy rəngli fonda olduğu üçün yaşayış məntəqəsinə aid olan qaydaların keçərli olmadığını bildirir. Cavab: A Hər iki istiqamət üzrə 90 kmsaat-dan artıq olmayan sürətlə.
Afer 10 Noyabr 2014 22:55
C “A” istiqaməti üzrə 60 kmsaat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 kmsaat-dan artıq olmayan sürətlə;
Emin 10 Noyabr 2014 22:55
Ç Hər iki istiqamət üzrə 60 kmsaat-dan artıq olmayan sürətlə.