Taksi “Qaraçuxur”da çuxura düşdü - FOTO

Qəzalar 12 Noyabr 2018 10:25 Oxunub 1046
Taksi “Qaraçuxur”da çuxura düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda ərazidə tıxac müşahidə edilir

Bu gün saat 07:50 radələrində Bakının “Qaraçaxur” qəsəbəsi, İlqar Musayev küçəsində taksi xidmətinə məxsus avtomobilin iştirakı ilə qəza baş verib. Avtosfer.az modern.az-a istinadən verdiyi xəbərə görə, “Daewoo Nexia” markalı avtomobil ərazidə aparılan təmir işlərilə bağlı qazılan çuxura düşüb. İlkin ehtimala görə, hadisə gecədən yağan yağış səbəbilə yolda yaranan sürüşkənlik və sürücünün diqqətsizliyi üzündən baş verib. Qeyd edək ki, çuxur “Azərsu” ASC tərəfindən qazılıb. “Azərsu” ASC-nin əməkdaşları, həmçinin yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Həmçinin, hazırda ərazidə tıxac müşahidə edilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh