Ulduzların villaları və şəhər yandı: 29 ölü, 250 min insanın təxliyəsi - VİDEO

Gündəm 12 Noyabr 2018 23:28 Oxunub 694
Ulduzların villaları və şəhər yandı: 29 ölü, 250 min insanın təxliyəsi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub

Məşhur aktyor Cerard Batler, müğənni Robin Tike və realiti-şou ulduzu Kamilla Qrammerin lüks, on milyonlarla dollar dəyərindəki villaları ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınlarında yanaraq kül olub. Yanğınlar səbəbindən onlarla şou-biznes ulduzunun, siyasətçilərin, iş adamlarının və s. villalarına ciddi ziyan dəyib.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, yanğınlarda həlak olanların sayı 29 nəfərə çatıb. 250 min nəfərsə təlxiyə olunub. Şimali Kaliforniyadakı Malibu və Vuls-Hilldən təlxiyə olunanlar arasında aktyor Pirs Brosnan, erməni realiti-şou ulduzları Kim və Xloya Kardaşyanlar, erməni müğənni Şer var. Noyabrın 8-də başlanmış meşə yanğınları hələ də sönməyib. Alovlar dəqiqədə 80 futbol meydanı boyda sahəyə yayılır. Alovlar Peradays şəhərini tamamən məhv edib. Şəhərin təqribən 27 min sakininin hamısı təlxiyə olunub. 30 min hektardan artıq ərazini bürümüş yanğınların səbəbi ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. ABŞ prezidenti Donald Trampın göstərişi ilə Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh