Baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Gündəm 12 Noyabr 2018 22:49 Oxunub 525
Baldızını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dinar Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsə 15 il cəza istəmişdi. Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov həyat yoldaşı ilə boşanıb. O, keçmiş həyat yoldaşına uşaqlarını görmək istədiyini deyib. Daha sonra D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. D.Təhməzova Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh