"Formula-1" ulduzları dalaşdılar, cəzalandılar – VİDEO

Yarışma 12 Noyabr 2018 22:35 Oxunub 1203
"Formula-1" ulduzları dalaşdılar, cəzalandılar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maks Ferstappen iki gün ictimai icbari işlərlə cəzalanıb

Beynəlxalq "Formula-1" avtoçempionatında çıxış edən "Red Bull" komandasının pilotu Maks Ferstappen və "Force India" komandasının pilotu Esteban Okon dalaşıblar. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Braziliya Qran-Prisində yaşanıb. İnsidentin səbəbi Okonun yarışdakı manevri olub. O, döngələrdən birində Ferstappenin bolidinə çarpılıb. "Red Bull"un pilotunun bolidi trasdan çıxıb, Ferstappen lider mövqeyini itirib və nəticədə finişə ikinci çatıb. Yarışın qalibi "Mercedes"in pilotu Lüis Hemilton olub. Radio danışıqlarda Ferstappen Okonu "idiot" adlandırıb. Okon suçlu sayılıb və ona 10 saniyəlik cərimə verilib. Fəqət, cəza ilə razılaşmayan Ferstappen fransız pilota yaxınlaşaraq onu bir neçə dəfə itələyib, aşağılayıb. Maks Ferstappen iki gün ictimai icbari işlərlə cəzalanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh