"İndiyə qədər gördüyüm ən dəhşətli qərardır": Zorlanıb hamilə qalan qadın 20 illik həbs olundu - FOTO

Gündəm 12 Noyabr 2018 22:28 Oxunub 601
"İndiyə qədər gördüyüm ən dəhşətli qərardır": Zorlanıb hamilə qalan qadın 20 illik həbs olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmelda ilk dəfə 12 yaşından bəri ögey atasının təcavüzünə məruz qalıb

Təcavüzə məruz qalan qadın 20 il müddətinə azadlıqdan məhrum ediləcək. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Salvadorda ögey atası tərəfindən zorlanan 20 yaşlı Imelda Cortez 20 illik həbs cəzası alıb. Buna səbəb onun zorlanma nəticəsində dünyaya gətirdiyi uşağını öldürməyə cəhd etməsidir. Belə ki, tualetdə doğum edən Imedla körpəni öldürmək istəyib. Bunu öyrənən həkimlər polisə xəbər veriblər. İmelda saxlanılıb. Ona 20 illk hökm oxunub. İmeldanın vəkili The Guardian-a açıqlamasında bildirib ki, bu qadına qarşı tətbiq edilən ən dəhşətli qanundur. Qeyd edək ki, İmelda ilk dəfə 12 yaşından bəri ögey atasının təcavüzünə məruz qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh