Xəzərdə yeni kruizlərin marşrutları nə vaxt müəyyən ediləcək?

Gündəm 12 Noyabr 2018 22:02 Oxunub 918
Xəzərdə yeni kruizlərin marşrutları nə vaxt müəyyən ediləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Beynəlxalq marşrutun proqramı hələlik təsdiqlənməyib

2019-cu ildə yeni “Pyotr Velikiy” səyahət teploxodu suya buraxılacaq. Bu teploxod Xəzər dənizində ilk beynəlxalq reysini, eləcə də, üç dəniz üzrə səyahətlər həyata keçirəcək. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hazırda çay-dəniz sinfinə aid “Petr Velikiy” teploxodunun tikintisi Həştərxanda başa çatır. Bu, son onilliklərdə Rusiyada hazırlanan ilk səyahət gəmisi olacaq.  Beynəlxalq standartlar üzrə hazırlanan “Pyotr Velikiy” teploxodu 2019-cu ildə Xəzər dənizi üzrə beş ölkənin – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandakı limanlara səyahətlər təşkil edəcək.  Qeyd edilib ki, beynəlxalq marşrutun proqramı hələlik təsdiqlənməyib. “Mosturflot” səyahət şirkətinin baş direktorunun müavini Svetlana Qonçarova deyib ki, Azərbaycanla əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir. “Demək olar ki, Bakı limanına girişlə bağlı məsələ tamamilə həll edilib”, - o deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh