Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açılıb

Gündəm 12 Noyabr 2018 21:58 Oxunub 602
Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuşlar həftədə bir dəfə cümə axşamı həyata keçiriləcək

Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla “Paşa Holidays” şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək. İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək, işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq. Qeyd edək ki, Beynəlxalq Şarm əl-Şeyx hava limanı (“Sharm el-Sheikh International Airport”) turistlərə yerindəcə viza əldə etmək imkanı yaradır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh