Xanım prodüserə 100 minlik avtomobil hədiyyə etdilər - FOTO

Avtoxəbər 9 Fevral 2015 18:16 Oxunub 2934
Xanım prodüserə 100 minlik avtomobil hədiyyə etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elə olub ki, maşını 200 km/saat sürətlə idarə etmişəm...

Avtosfer.az xəbər verir ki, avtolent.az “Avtomobil idarə edən məşhur xanımlar” rubrikasını davam etdirir. Rubrikanın budəfəki qonağı tanınmış prodüser və teleaparıcı Humay Muxtarovadır. H.Muxtarova 2004-cü ildə sürücülük hüququ əldə edib və həmin ildən avtomobil idarə edir. Bu günə qədər xanım prodüserin 5 avtomobili olub. Ona sonuncu avtomobili hədiyyə ediblər. “BMW” markalı həmin avtomobilin qiyməti 100 min dollardır. H.Muxtarova qayda pozduğu üçün yol polisi tərəfindən tez-tez saxlanıldığını etiraf edib: “Əsasən, yol polisləri məni sükan arxasında telefonla danışdığıma görə saxlayırlar. Bəzi hallarda güzəşt edirlər, lakin bəzi hallarda da cərimələyirlər”.

H.Muxtarova avtomobili yüksək sürətlə idarə etməkdən həzz aldığını deyib: “Yüksək sürəti sevirəm. Buna görə tez-tez radara düşürəm. Elə olub ki, 200 km/saat sürətlə avtomobil idarə etmişəm”.

Xanım prodüser təhlükəsizlik kəmərindən istifadə etməyi xoşlamır: “Təhlükəsizlik kəmərini bağlamağı sevmirəm. Kəməri bağlayanda ürəyim sıxılır. Lakin əksər hallarda kəməri bağlamağa məcbur oluram”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh