Polisin gözü önündə avtomobilini yandırdı: 34 manat cəriməyə görə - VİDEO

Avtosfer TV 12 Noyabr 2018 21:30 Oxunub 1068
Polisin gözü önündə avtomobilini yandırdı: 34 manat cəriməyə görə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilini yandıran şəxs saxlanılıb

Türkiyənin Karabük bölgəsində qəribə hadisə baş verib. Karabük-Yenicə avtomobil yolu istiqamətində hərəkət edən bir avtomobil jandarmanın keçirdiyi reydlər çərçivəsində saxlanılıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, avtomobilin faralarında çatışmazlıq olduğuna görə, jandarm dəstəsi sürücüyə 108 tl (34 azn) cərimə yazıb. Sürücü nəzarət nöqtəsindən ayrıldıqdan təxminən yarım saat sonra yenidən oraya qayıdıb. O, cərimə yazan jandarma nümayəndəsinə etiraz olaraq avtomobilinin içinə benzin tökərək yandırıb. Dərhal əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Avtomobilini yandıran şəxs saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh