Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO

Qəzalar 12 Noyabr 2018 20:45 Oxunub 736
Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri - rayon sakinləri, 1992-ci il təvəllüdlü Şamo Hafiz oğlu Rüstəmovu və 1988-ci il təvəllüdlü Şamo Abid oğlu Yusubovu vurub. Ş.Rüstəmov hadisə yerində ölüb. Ş.Yusubov isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh