“Yeni təmir olunub, amma kəndin daş-kəsəkli yoluna oxşayır” – Açıqlama

Yazarlar 12 Noyabr 2018 22:28 Oxunub 1109
“Yeni təmir olunub, amma kəndin daş-kəsəkli yoluna oxşayır” – Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Zabrat körpüsünü keçib köhnə yola çıxanda hiss edirsən ki,..."

“Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyasının yanından Zabrat körpüsünə qədər olan hissəsi bu il təmir edilsə də yollar narahatdır. Həmin yoldan keçərkən maşın sanki daşlı-kəsəkli yollarla gedir. Zabrat körpüsünü keçib köhnə yola çıxanda hiss edirsən ki, düz yolla gedirsən və maşın atılıb-düşmür, sirkələnmir”.

Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkədə şəxsi hesabında yazıb. O yolların təmir olunmasından narazı qaldığını və bu yolla yenidən yol təmir etmək üçün bu yollardan istifadə etdiklərini bildirib.

Bununla bağlı Bizimyol.info- ya danışan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə bildirib ki, çox adam çox söz deyə bilər, amma yollar müasir texnologiyalar vasitəsilə salınır, narahatçılığı olanlar isə rəsmi qaydada müraciət etdikdə biz onu araşdıra bilərik: “Yollar müasir standartlara uyğun olaraq çəkilir. Hansısa yolda problem varsa, narahatçılıq yaranırsa rəsmi olaraq müraciəte etsinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə , məsələ araşdırılsın-aydınlaşdırılsın onlara rəsmi cavab verilsin. Çox mülahizələr irəli sürülə bilər, çox adam çox söz deyə bilər mən də daxil olmaq şərti ilə. Amma araşdırılma aparmadan nəsə fikir bildirmək doğru deyil. Həmin yolda sirkələnməni necə ölçdülər, necə müəyyən etdilər ki, normadan artıqdır?

Mən deməzdim ki, tikinti normalarına uyğun olaraq iş aparılmayıb, xüsusən də ən çox işlənilən yolda. Həmin yolla ölkəmizə qonaqlar gəlir, yüksək çinli məmurlarımız hərəkət edirlər. İndiyə kimi həmin yollardan bu tip şikayətlər, müraciətlər almamışıq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh