Futbolçular və azarkeşlər hakimi döyərək çənəsini sındırıblar

Gündəm 13 Noyabr 2018 07:01 Oxunub 571
Futbolçular və azarkeşlər hakimi döyərək çənəsini sındırıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mallinqar Taun" komandasından hadisə ilə bağlı şərh verməkdən imtina ediblər

İrlandiyanın "Mallinqar Taun" klubunun üç futbolçusu komandanın azarkeşləri ilə birlikdə müttəfiq respublikaların Birlik Liqası çərçivəsində "Horslip"lə oyundan sonra hakim Daniel Svini döyüblər. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" BBC agentliyinə istinadən məlumat verir. Bildirilir ki, futbolçular və azarkeşlər oyundan sonra hakimi tutaraq, onun çənəsini sındırıblar, habelə digər ciddi xəsarətlər yetiriblər. "Biz hakimlərimizdən birinin vəhşicəsinə hücuma məruz qalmasından şoka düşdük. Onun çənəsi hər iki tərəfdən sınıb, üzünün yuxarı hissəsində də sınıq var. Gözünün altındakı sümük sınıb, eləcə də burnu zədələnib", - deyə İrlandiyanın Hakimlər Birliyinin prezidenti Pol О Brayen bildirib. "Mallinqar Taun" komandasından hadisə ilə bağlı şərh verməkdən imtina ediblər. Komanda "Horslip" üzərində 3:1 hesablı qələbə qazanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh