Zavodda partlayış oldu: 3 ölü

Gündəm 13 Noyabr 2018 07:08 Oxunub 510
Zavodda partlayış oldu: 3 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerində mülki qvardiya, polis və həkimlər işləyir

İspaniyanın Əndəlis muxtar birliyinin Qranada vilayətindəki pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb. Məlumata görə, Quadiks bələdiyyəsindəki hadisə zamanı müəssisədə daha 3 nəfər də olub, lakin onlar xəsarət almayıb. Güclü partlayış uzaqdan eşidilib. Hadisə yerində mülki qvardiya, polis və həkimlər işləyir. Partlayışın başvermə səbəbi barədə məlumat verilmir. Hadisənin baş verdiyi şirkətin əsası 1889-cu ildə qoyulub. Müəssisə 110 min kvadrat metr ərazidə fəaliyyət göstərir. Burada 2004-cü ildə də partlayış baş verib. Həmin vaxt 2 nəfər həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh