Bərdədə yol qəzası: xəsarət alanlar var

Qəzalar 13 Noyabr 2018 07:03 Oxunub 703
Bərdədə yol qəzası: xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların vəziyyəti orta ağır qiymətləndirilir

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Soğanverdilər kəndində qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Abbasov Nemət Şakir oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Asif Rizvan oğlu, 1993-cü il təvəllüdlü Fərhadlı Loğman Cabir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh