"Mercedes" "Muravey"lə toqquşdu: yaralanan var - Tovuzda

Qəzalar 13 Noyabr 2018 07:35 Oxunub 829
"Mercedes" "Muravey"lə toqquşdu: yaralanan var - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuzda yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. R.Musayev dərhal əməliyyat olunub, hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh