Cəlilabadda narkotik vasitə aşkar edilib

Gündəm 13 Noyabr 2018 07:42 Oxunub 631
Cəlilabadda narkotik vasitə aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Cəlilabadda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Məlikqasımlı kənd sakini Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus pay torpağında içərisində narkotik maddələr olmasını güman etdiyi bağlamaların olduğunu bildirib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və 4 kiloqram 960 qram çəkidə narkotik vasitə olan heroin, 895 qram tiryək, 198 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh