46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü - Kürdəmirdə

Gündəm 13 Noyabr 2018 07:55 Oxunub 603
46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü - Kürdəmirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb. Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Mansurov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh