Salyanda yol qəzası: 1 ölü, 2 yaralı

Qəzalar 13 Noyabr 2018 09:44 Oxunub 776
Salyanda yol qəzası: 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.  Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh