Yük qatarı relsdən çıxıb

Qəzalar 13 Noyabr 2018 10:01 Oxunub 658
Yük qatarı relsdən çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hadisənin səbəbi araşdırlır”

Qazaxıstanın Qızılorda vilayətində yük qatarı relsdən çıxıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "RİA Novosti"yə "Qazaxıstan temir jolı" Milli Dəmiryol Şirkətinin mətbuat xidmətindən bildiriblər. Məlumatda bildirilir: "Qızılorda vilayətində dəmir yolunun Kazalı - Sekseul hissəsində yük qatarı relsdən çıxıb. Hadisənin səbəbi araşdırlır. Ölən və yaralanan yoxdur". Qeyd edilir ki, hərəkətin bərpa edilməsi və qatarların gecikməsinin minimuma salınması üçün bütün zəruri operativ tədbirlər görülüb. Vaxtında görülmüş tədbirlər sayəsində qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh