Bakıya üzərində radarı olan DYP maşınları gətirildi – YENİ XƏBƏRLƏR –FOTO

Yol polisi 9 Fevral 2015 23:42 Oxunub 27440
Bakıya üzərində radarı olan DYP maşınları gətirildi – YENİ XƏBƏRLƏR –FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin sifarişi ilə 750-dən artıq yeni polis maşını Azərbaycanda istismara verildi

Bakının Neftçilər prospektində - Azadlıq meydanında yüzlərlə polisin maşının toplanması ilə bağlı bəzi məqamlar aydınlaşıb. Avtosfer.az-ın məlumatına görə, Yol-Patrul və Post Patrul Xidməti üçün gətirilən bu avtomobillər yenidir və fevralın 14-dən etibarən istismara veriləcək. Avtomobillərdən 270-i «Doblo» markalı avtomaşınlardır. Onlar PPX-də istifadə olunacaq. Bundan əlavə, 20-yə yaxın xüsusi təyinatlı avtomobil də polisin istifadəsinə verilib. "Mercedes Sprinter" markalı bu maşınlarda meyit daşımaq da mümkündür.

400-dən artıq «BMW» markalı avtomobil isə Dövlət Yol Polisinin ixtiyarına veriləcək.

Bu gün DİN-in rəhbər şəxslərinin, eləcə də DYP-nin, rayon-şəhər polis idarəsi rəhbərlərinin iştirakı ilə Azadlıq meydanında həmin avtomobillərə baxış keçirilib. Fevralın 14-də avtomobillər aidiyyatı üzrə bölünəcək.

Məlumata görə, yol polisi əməkdaşları üçün gətirilən «BMW» (3-cü seriya) markalı avtomobillərinin mühərrikinin işçi qüvvəsi 2000 kb/sm-dir. Mexaniki ötürücü qutuya malik həmin avtomobillərin hamısı Almaniyada istehsal olunub. Bu avtomobillər benzinlə işləyir və yanacağa qənaətcil rejimdədir. 2014-cü il istehsalı olan «BMW»lər Avro-5 standartlarına cavab verir.

YPX əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd radar-kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsi ilə izləyə bilər.

Bu avtomobillər bütün şəhər-rayon polis idarələrinə paylanılacaq. İstismar müddətini başa vurmuş əvvəlki maşınlar isə istismardan çıxarılacaq.

Qeyd edək ki, yeni DYP avtomobillərinin nömrə nişanları da verilib və hamısının seriyası 90-la başlayır. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

nurlan 18 Noyabr 2016 22:10
radarlar