Oğluna "Adolf" adını qoyan cütlük terrorçu çıxdı

Gündəm 13 Noyabr 2018 23:38 Oxunub 651
Oğluna "Adolf" adını qoyan cütlük terrorçu çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tomas "Anarxistin stolüstü kitabı"nın saxlanmasına görə də günahkar bilinib

Böyük Britaniyada neonasist cütlük yeni doğulan oğullarına Adolf Hitlerin şərəfinə "Adolf" adını qoyublar. Avtosfer.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 22 yaşlı Adam Tomasla 38 yaşlı sevgilisi Klaudiya Patatasın terror təşkilatı ilə əlaqəsi üzə çıxıb və cütlük saxlanılıb. Məlum olub ki, onlar 2016-cı ildə qanunsuz olaraq fəaliyyətə başlayan "National Action" təşkilatının üzvüdür. Tomas məhkəmədə nasist Almaniyasının lideri Adolf Hitlerə heyranlığını gizlətməyərək oğluna onun adını qoyduğunu boynuna alıb. Tomas bombanın hazırlanması instruksiyalarını öyrədən "Anarxistin stolüstü kitabı"nın saxlanmasına görə də günahkar bilinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh