Bakı restoranında cinayət: Sahibkar sürücüdən şübhələnir

Gündəm 13 Noyabr 2018 23:12 Oxunub 467
Bakı restoranında cinayət: Sahibkar sürücüdən şübhələnir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdakı restoranlardan birinin seyfi yarılıb və onun içindəki pul götürülüb

Bakıdakı restoranlardan birinin seyfi yarılıb və onun içindəki pul götürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Noyabrın 10-da Binəqədi RPİ-nin 7-ci polis bölməsinə Mir Cəlal küçəsi, 51 ünvanında yerləşən restoranın sahibi, 1993-cü il təvəllüdlü Rəcəb Yunisov müraciət edib. Sahibkar bildirib ki, onun restorandakı seyfindən 1400 manat məbləğində pul oğurlanıb. Sahibkar cinayətin törədilməsində restoranın sürücüsü, 1985-ci il təvəllüdlü Elçin Abdullayevdən şübhələnir. Hazırda polis əməkdaşları Abdullayevin sözügedən oğurluqda iştirak edib-etmədiyini aydınlaşdırmağa çalışır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh