Gecələr yollarda "oyun çıxardan" sürücü - VİDEO

Avtosfer TV 13 Noyabr 2018 12:01 Oxunub 1034
Gecələr yollarda "oyun çıxardan" sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü pozduğu qaydaya görə 40 manat məbləğində cərimə oluna bilər

Gecələr Bakı-Ələt yolunda qayda pozan yük avtomobillərinin sayı günü-gündən artmaqda davam edir. Onlar məsuliyyətdən kənar qaldıqları üçün qaydalara riayət etməkdən yayınırlar. Avtosfer.az xəbər verir ki, noyabrın 12-də Bakı-Ələt yolunda hərəkət edən 24-ZA-055 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü ən sol zolağa (üçüncü zolağa) çıxaraq ötmə manevri edib. O, manevr edən zaman arxadan gələn avtomobilə maneçilik yaradıb. Yol Hərəkəti Haqqında Qanunun 49-cu maddəsinin V hissəsində qeyd olunub ki, Eyni istiqamətdə azı üç və daha çox hərəkət zolağı olan yolda kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır.

Sürücü pozduğu qaydaya görə 40 manat məbləğində cərimə oluna bilər. Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qeyd olunan avtomobilin sürücüsü barədə inzibati məsuliyyət tədbirləri görəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh