Dünyanın ən çox adam öldürən qatili – ŞOK

Gündəm 13 Noyabr 2018 22:22 Oxunub 2118
Dünyanın ən çox adam öldürən qatili – ŞOK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Medalyonlu sarı qurşaqla 931 nəfəri…

Silsilə qatillər, onların kimliyi, xəstəlikləri haqqında yetərincə danışılıb. Amma dünyada ən çox adamı qətlə yetirən cani haqqında düşünmüsünüzmü? Nəzərə alın ki, bu qatil nə az, nə çox 931 insanın qanına bais olub. Avtosfer.az a24.az-a istinadən hindistanlı, “Tağ” kriminal hərəkatının rəhbəri Bəhram Tağın öldürdüyü şəxslər, silislə qətlləri haqda şok faktları təqdim edir.

Bəhram Tuğ 1765-ci ildə Hindistanda dünyaya gəlib. Nəinki öz ölkəsində, ümumilikdə dünya üzrə ən qəddar cinayətkar qrupun rəhbərlərindən sayılır.

O qurbanları müxtəlif ayinlər təşkil edərək müəyyənləşdirir, sonra hipnoza salaraq zövqünə uyğun öldürür. Qəribəsi odur ki, Bəhram bütün qurbanlarını sarı qurşaqla boğub.

Krişnalıq və qədim hind ornamentləri olan rumalın (qurşaq) ortasına qədim medalyon bağlayan Bəhram parçanı kəmənd kimi qurbanın boynuna atırmış. Bu zaman o elə davranır ki, böyük medalyon qurbanın hulqumunun üzərinə düşsün. Proses zamanı medalyon öldürdüyü şəxsin udlağına elə təzyiq edirdi ki, qurbanlar qəribə reaksiyalar verərək ölürlərmiş. Bəhramın bu ölüm formasını seçməsinin dəqiq səbəbləri bəlli deyil.

Təəssüf ki, ədalət təmsilçiləri Bəhramı 1840-cı ildə ram edə bilib. Hansı ki, o vaxt Bəhram Tağ artıq 931 nəfəri öldürmüşdü. Dünyanın ən çox adam qətlə yetirən canisi elə həmin il, 1840-ci ildə edam edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh