"Protiv" gedən "Baku Bus" sürücüsü cərimələndi - VİDEO

Avtosfer TV 15 Noyabr 2018 20:22 Oxunub 2387
"Protiv" gedən "Baku Bus" sürücüsü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
3 nömrəli marşurt avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub

İki gün əvvəl Yasamal  rayonu Haqverdiyev küçəsi ilə  hərəkətdə olan, “Baku Bus”-a məxsus  3 nömrəli, 99-JH-297 dövlət nömrə nişanlı marşurt avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, avtobusun sürücüsü  əks yola çıxaraq qarşıdan gələn, avtomobilin sürücüsü üçün təhlükə yaradıb. Sürücünün son anda manevr etməsi nəticəsində  qəza baş verməyib.

Qeyd edək ki,  “Baku Bus” avtobuslarının sürücüləri həmişə  digərlərinə nümunə olaraq göstərilir. Lakin təssüflər olsun ki,  bu sürücü həm özünü, həm daşıdığı sərnişinləri həmdə digər yol hərəkəti iştirakçılarını real ölümlə üz-üzə qoyub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq həmin sürücü aşkar olunub və İdarəyə dəvət edilib. Ona videogörüntünü təqdim olunub. Əks istiqamətdə hərəkət etdiyi üçün sürücüyə 4 bal, 100 manat məbləğində cərimə tətbiq edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh