Bakıda Elektrik Stansiyasında yanğın - VİDEO

Gündəm 13 Noyabr 2018 17:10 Oxunub 501
Bakıda Elektrik Stansiyasında yanğın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.

*** “Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu gün ehtiyat transformatorda yanğın olub, hazırda lokallaşdırılıb. Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb”. Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda Təcili Tibbi Yardım Stansiyasının avtomobili və həkim heyəti ərazidədir, xəsarət alan qeydə alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh