11 qadını fahişəliyə cəlb edən kişi barəsində cinayət işi başlanılıb

Gündəm 13 Noyabr 2018 20:10 Oxunub 583
11 qadını fahişəliyə cəlb edən kişi barəsində cinayət işi başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər. Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zumreddin 13 Noyabr 2018 20:26
salam menim masinim 2 ay evvel radara dysmesi barede menim tel efonuma mesaj gelib lakin hele de mene mektub gelmeyib komputerdede hec bir sey gorunmur men ne etmeliyem. Salam. 902-ye zeng edin