Azərbaycanlı azarkeş: “Polis ayırmasaydı, çoxunu döyəcəkdik”

Gündəm 13 Noyabr 2018 21:12 Oxunub 552
Azərbaycanlı azarkeş: “Polis ayırmasaydı, çoxunu döyəcəkdik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ermənilər qondarma "Dağlıq Qarabağ" bayrağını dalğalandırır, hətta Azərbaycan bayrağını ələ salırdılar”

Bir neçə gün öncə Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut" turnirində dava düşüb. Belə ki, döyüşçü Rinat Naqibinin komandası paltardəyişmə otağına gedərkən ermənilərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib. OMON-un müdaxiləsi erməniləri sakitləşdirib. Bundan sonra isə erməni azarkeşlər qondarma "Dağlıq Qarabağ"ın bayrağını çıxararaq nümayiş etdiriblər. Bunu görən azərbaycanlı azarkeşlər məsələyə reaksiya veriblər. Avtosfer.az xəbər verir ki, hadisə zamanı zalda olan azarkeşlər Samir Məmmədov sputnik.az-a açıqlamasında deyib ki, ermənilər qondarma "Dağlıq Qarabağ" bayrağını dalğalandırır, hətta Azərbaycan bayrağını ələ salırdılar: "Bunu görəndə biz susa bilmədik və onlarla dalaşdıq. Hətta bir neçə ermənini döydük. Polis bizi ayırmasaydı, hələ çoxunu döyəcəkdik. Qondarma bayraq asmasınlar, döyülməsinlər". MMA Federasiyasının prezidenti Azad Əsgərov isə hadisədən xəbərsiz olduğunu bildirib: "Bu haqda məlumatım yoxdur. Mən də dünən orada baş verənləri eşitmişəm. Amma baş verənlər haqqında dəqiq heç bir məlumatım yoxdur”. “Doğrudur, həmin yarışda azərbaycanlı Tural Rəhimov da iştirak edib. Amma o, Rusiyada yaşayır və yarışlarda bu ölkənin adına döyüşür. Belə yarışlar çox olur və bizim həmin yarışlardan xəbərimiz olmur" – deyə A.Əsgərov əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh