Sərnişin avtobusu qəzaya düşdü: xəsarət alanlar var - Gəncədə

Qəzalar 13 Noyabr 2018 20:24 Oxunub 702
Sərnişin avtobusu qəzaya düşdü: xəsarət alanlar var - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin başvermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb.  Belə ki, hərəkətdə olan 17 nömrəli marşurut xətti üzrə işləyən "İsuzu" markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bir nəfərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Hazırda onun kimliyi dəqiqləşdirilir. Hadisənin başvermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh