Dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Gündəm 13 Noyabr 2018 21:15 Oxunub 541
Dələduzluq edən şəxslərin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesin hazırlıq iclası noyabrın 19-da davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Cəfərxanlının barəsində həbs qətimkan tədbirinin seçilmədiyi məlum olub. K.Kərimova isə hazırda həbsdədir. Məhkəmədə elan olunub ki, F.Cəfərxanlının vəkili məhkəməyə gəlməyib. Prosesin hazırlıq iclası noyabrın 19-da davam etdiriləcək. İttiham aktına əsasən, hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. F.Cəfərxanlı və K.Kərimova Bakıda yaşayan 5 şəxsə sosial evlər satacağını vəd edib, lakin sonradan onlar vədinə əməl etməyiblər. Daha sonra F.Cəfərxanlı ilə K.Kərimova zərərçəkmişlərin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılıb. Həmin şəxslərdən F.Cəfərxanlının barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. İstintaq dövründə onlar dəymiş zərərdən 37 min 758 manat pulu geri qaytarıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh