Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Gündəm 13 Noyabr 2018 20:35 Oxunub 512
Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib. Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının 20-si təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır. Azərbaycan vətəndaşları qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 15,7%-ni təşkil edir. Gürcüstanda 45 ölkənin, ümumilikdə, 594 vətəndaşı cəza çəkir. Türkiyə vətəndaşları onların arasında 132 nəfərlə birinci yerdədir. Qonşu ölkənin həbsxanalarında 109 İran, 68 Rusiya, 28 Ermənistan vətəndaşı saxlanılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh