Şəki DYP məktəbliləri maarifləndirməkdə davam edir - FOTO

Yol polisi 13 Noyabr 2018 21:46 Oxunub 1442
Şəki DYP məktəbliləri maarifləndirməkdə davam edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlərə yol hərəkəti qaydaları izah olunur

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet  və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin, tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Növbəti tədbir, 13 noyabr 2018-ci il tarixdə Şəki rayonu, Qaratorpaq kənd tam orta məktəbində keçirilmişdir.

Tədbirdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru, polis baş leytenantı Anar Xalıqov, Sarıca Polis Bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı Taleh Hüseynov, Qaratorpaq kənd icra nümayəndəsi, Sahib Həsənov, kənd bələdiyyəsinin sədri, Mehman Rəcəbov, məktəbin direktoru, Vəfa İlyasova, valideynlər və məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdirlər.

Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək ətraflı məlumatlar vermiş və məktəbliləri maraqlandıran sualları cavablandırmışdırlar.

Polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Vəfa İlyasovaya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə etmişdir.

Tədbirin yekununda, Qaratorpaq kənd icra nümayəndəsi, Sahib Həsənov, rayon mərkəzindən 80 km uzaq məsafədə yerləşən ucqar bir kənd məktəbində bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirmişdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh