Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

Texnologiya 14 Noyabr 2018 07:38 Oxunub 1271
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mütəxəssislər tamaşaçının başına xüsusi sensor kaska yaradılıb

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, sistem tamaşaçıya kanalları və səsin ucalığını tənzimləməyə şərait yaradacaq. Texnologiyanın hazırlanmasında İsveçrə neyroprotezləşdirmə mərkəzinin alimləri iştirak edirlər. Yeni televizor prototipi San-Fransiskoda keçirilən konfransda nümayiş olunub. “Samsung”un nümayəndəsi bildirib ki, layihə sağlamlıq vəziyyətinə görə hərəkət edə bilməyən insanların həyatını asanlaşdırmaq məqsədi daşıyır. O, istədiyi verilişi göz hərəkəti ilə seçə biləcək. Hazırda alimlər insanın bu və ya digər filmə baxmaq istəməsi zamanı onun necə reaksiya verməsini anlamaq üçün beyin dalğaları nümunələrinin öyrənilməsi ilə məşğuldurlar. Bunun üçün mütəxəssislər tərəfindən tamaşaçının başına xüsusi gel yaxdıqdan sonra işləyən xüsusi sensor kaska yaradılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh