"Hyundai" pikap istehsal etmək istəyir - FOTO

Avtodünya 14 Noyabr 2018 09:22 Oxunub 2845
"Hyundai" pikap istehsal etmək istəyir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda istehsalçı müxtəlif ölkələrdə olan müştərilərin tələblərini araşdırmaqla məşğuldur

“Qaynar” hetçbek ilə klassik ofrouderi dreq məsafəsində yarışdırmaq olarmı? Olmaz? Top Gear jurnalistlərinin fikrincə bu mümkündür. Bu günlərdə britaniyalı jurnalistlər “qaynar” Honda Civic Type R hetçbekini Land Rover markasından olan ofrouderlə yarışdırıblar.

Hyundai şirkəti əsasını növbəti nəsil Tucson krossoveri təşkil edəcək yığcam pikap üzərində çalışmalar aparır. Əgər layihəyə “yaşıl işıq” yandırılarsa, yeni pikapın debütünü 2021-ci ildə seyr edə bilərik. Hazırda istehsalçı müxtəlif ölkələrdə olan müştərilərin tələblərini araşdırmaqla məşğuldur.

Yeni modelin hazırlanması barədə məlumatı Automotive News nəşrinə Hyundai Motor şirkətinin prezidenti və icraçı direktoru Li Vonhi bildirib. Onun sözlərinə görə, koreya istehsalçısı bu pikapın köməyi ilə yeni seqment açamq istəyir. Li Vonhi pikapın dizaynının Santa Cruz konseptinə bənzər olacağını da vurğulayıb.

Hyundai nümayəndələri pikapın çoxsaylı satışlarına ümid bəslədiklərini və modelin xüsusi xarakterə malik olacağını bildiriblər. Direktorlar şurasının üzvləri model barədə müsbət qərar verərsə, pikapın hazırlanması və istehsala buraxılmasına 32 ay vaxt tələb olunacaqdır.  (Autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh