Qızıl alverçisi məhkəmə zalında həbs edilib

Gündəm 14 Noyabr 2018 11:31 Oxunub 537
Qızıl alverçisi məhkəmə zalında həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. M.Fərzəliyeva barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs olunub. İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus "Laçın" Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb. Məhkəmə dövründə M.Fərzəliyeva barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. M.Fərzəliyeva Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh