İstanbul-Bakı aviareysi ilə gələn şəxs saxlanılıb

Gündəm 14 Noyabr 2018 11:49 Oxunub 458
İstanbul-Bakı aviareysi ilə gələn şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. DGK-dən Avtosfer.az-a verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşı gömrük nəzarətini "yaşıl kanal"la keçərkən saxlanılıb və yoxlama otağına dəvət edilib. Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub. Vətəndaş yoxlama başlandıqdan sonra pencəyinin iç cibindən çıxararaq təqdim etdiyi 4 ədəd sellafon paketə baxış keçirilib. Baxış zamanı, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 800 qram qızıl zərgərlik məmulatları - üzərində qaşlar olan 37 ədəd üzük, 65 ədəd boyunbağı, 161 cüt sırğa, 5 ədəd kulon və 37 ədəd qolbaq aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh