Korrupsiyaya görə iki nəfər edam olundu - FOTO

Gündəm 14 Noyabr 2018 12:05 Oxunub 629
Korrupsiyaya görə iki nəfər edam olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar

İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunub. Avtosfer.az “Report”a istinadən bildirir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib. Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib. Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar. Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində "dünyada korrupsiya yaymaqda" şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh