Avtomobil iki piyadanı vurdu: 1 ölü, 1 yaralı - Cəlilabadda

Gündəm 14 Noyabr 2018 13:07 Oxunub 589
Avtomobil iki piyadanı vurdu: 1 ölü, 1 yaralı - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Noyabrın 13-də saat 1 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində Astara rayon sakini Maarif Cabbarov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Rəhmin Əsədullayevi və Bakı şəhər sakini Aydın Cənnətovu vurub. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə nəticəsində A.Cənnətov hadisə yerində ölüb, R.Əsədullayev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh