İdmançının evindən 67 min manatlıq oğurluq edən qadına şərti cəza verilib

Gündəm 14 Noyabr 2018 14:02 Oxunub 561
İdmançının evindən 67 min manatlıq oğurluq edən qadına şərti cəza verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə hökmü elan edən zaman məlum olub ki, təqsirləndirilən N.Fərəcova zərərçəkmiş F.Əzizovaya dəymiş zərəri tam ödəyib. N.İsrafilov isə ödəmə proseslərində iştirak etməyib. Hökmə əsasən, N.İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş N.Fərəcovaya isə şərti cəza verilib. Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay, N.Fərəcovanın isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs olunmasını tələb etmişdi. F.Əzizova isə həmin şəxsləri bağışlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh