Gödəkçəsinin cibindən qızıl zərgərlik məmulatları aşkarlandı - FOTO

Gündəm 14 Noyabr 2018 14:20 Oxunub 836
Gödəkçəsinin cibindən qızıl zərgərlik məmulatları aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Opel Zafira" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən zərgərlik məmulatları aşkar edilib. Belə ki, onun əynindəki gödəkçənin üst sol cibindən 1 ədəd şəffaf polietilen paketdə gömrük orqanına bəyan edilməyən, ümumi çəkisi 82 qram olan - 1 ədəd üzük-sırğa dəsti, 4 ədəd üzük, 3 ədəd boyunbağı hissələri, 2 ədəd təktay sırğa, 4 ədəd kulon, müvafiq olaraq, 20, 25 və 28 mm uzunluqda 3 ədəd çubuq formasında, 2 ədəd kürə formasında, 5 ədəd təyinatı bəlli olmayan qızıl zərgərlik məmulatları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh