Şəxsin daxili orqanlarında narkotik vasitə aşkarlanıb - FOTO

Gündəm 14 Noyabr 2018 14:35 Oxunub 479
Şəxsin daxili orqanlarında narkotik vasitə aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. Ayrı-ayrılıqda sorğu-sual zamanı İrandan Azərbaycana gələn həmin vətəndaşlar üzərilərində və onlara məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildiriblər. Yoxlama zamanı vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün onlar, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, Safarıan Hadı Safıollahdan aşkar edilən 3 ədəd bükümdə 189 qram, Teımourı Nıat Payam Nematollahdan aşkar edilən 3 ədəd bükümdə isə 216 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh